Onlayn ictimai-siyasi qəzet
İslandiyada ilk dəfə ağcaqanad aşkar olunub.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin RUV telekanalı məlumat yayıb.
Qeyd olunur ki, İslandiya indiyədək Antarktida ilə yanaşı, dünyada ağcaqanadların olmadığı nadir bölgələrdən biri hesab olunurdu.
Məlumata görə, ağcaqanadları yerli sakin aşkarlayıb və tədqiq olunması üçün mütəxəssislərə təqdim edib. Araşdırmadan sonra entomoloqlar bu həşəratların həqiqətən də ağcaqanad olduğunu təsdiqləyiblər.
İslandiya Universitetinin su biologiyası üzrə professoru Gisli Mar Gislason bildirib ki, ağcaqanadlar zirzəmilərdə, tavan aralarında və temperaturun sıfırdan yuxarı olduğu tikililərdə gizlənərək qışdan sağ çıxa bilirlər.
"The Guardian" yazır ki, ölkədə Culiseta annulata növünə aid üç ağcaqanad, iki dişi və bir erkək aşkar edilib. Alimlərin sözlərinə görə, İslandiyada iqlim şimal yarımkürəsinin digər hissələrinə nisbətən dörd dəfə daha sürətlə isinməkdədir. Nəticədə buzlaqlar sürətlə əriyir, ölkənin sularında isə əvvəllər burada rast gəlinməyən isti ölkələrə məxsus balıq növləri, o cümlədən skumbriya görünməyə başlayıb.
Musavat.com
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ