İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynanın enerji obyektlərinə ZƏRBƏ ENDİRDİ - Hücumlar davam edir

Rusiya ordusu bir gecədə Ukraynanın enerji infrastrukturuna raket və dron zərbələri endirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Energetika Nazirliyi yayıb.

Nazirliyin açıqlamasına görə, hücumlar hələ də davam edir.

Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko bildirib ki, əsas hədəflər su və istilik elektrik stansiyaları olub.

Onun sözlərinə görə, qaz infrastrukturuna dəymiş zərər qarşıdan gələn istilik mövsümünü ciddi təhlükə altına salır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR