İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin hərbi avtomobil karvanı Polşada qəzaya uğrayıb, xəsarət alanlar var

ABŞ-nin hərbi avtomobilləri Polşada qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin Poznan şəhərindəki Baş İdarəsi feysbuk hesabında məlumat yayıb.

Axşam saatlarında A2 magistralının 137-ci kilometrliyində, Buk şəhəri (Böyük Polşa Voyevodluğu) yaxınlığında mikroavtobus Varşava istiqamətində hərəkətdə olarkən "Hummer" də daxil olmaqla Amerika hərbi maşınlarının karvanı ilə toqquşub.

Qəza zamanı bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. ABŞ-nin dörd əsgəri və mülki şəxs - mikroavtobusun sürücüsü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Varşava istiqamətində nəqliyyatın sıxlığı yaranıb: bir zolaq bağlanıb. ABŞ karvanındakı hərbi maşınların dəqiq sayı hələ müəyyən edilməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR