Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Gümrü şəhərinin meri Vardan Qukasyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Musavat.com xəbər verir ki, bu barədə onun vəkili Zarui Postancyan məlumat verib.
Qərarı hakim Vardges Sarkisyan qəbul edib.
Bundan əvvəl Ermənistan İstintaq Komitəsi meriya binası qarşısında baş verən “kütləvi iğtişaşlar”la bağlı 33 nəfərin həbs edildiyi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, qarşıdurma iştirakçıları istintaq hərəkətlərinə mane olmağa cəhd edib, əmlaka ziyan vurub, polisə qarşı zor tətbiq ediblər.
Xatırladaq ki, oktyabrın 20-də səhər saatlarında təhlükəsizlik qüvvələri Gümrü meriyasında axtarışlar aparıb, bundan sonra Qukasyan və daha bir neçə nəfər rüşvət almaqda ittiham olunaraq saxlanılıb. Daha sonra mer tərəfdarları şəhər meriyasını mühasirəyə alaraq polislə saatlarla davam edən qarşıdurmaya səbəb olub.
Musavat.com
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ