İnsanlara hürriyət, millətlərə istiqlal!

GƏRGİN DEBAT: Mehdiyevin SENSASİON BİZNESİ üzə çıxdı, istintaq HƏRƏKƏTƏ KEÇDİ

“Boz kardinal”ın Kiyevdə donuz ferması və kolbasa zavodu üzə çıxdı - sensasion detallar

Bu gün dövlətə xəyanət ittihamı ilə üz-üzə qalan Ramiz Mehdiyev təkcə ölkə daxilində deyil, ölkə xaricində də şəbəkə qurub. Və bu şəbəkə zaman-zaman Azərbaycana qarşı ən ağlasığmaz planlarda yer alıb. İndi isə həmin imperiyanın xarici qolu olan Ukrayna xətti ifşa olunmaqdadır.

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun Ukraynanın separatçıların nəzarətində olan Donetsk bölgəsinə milyonlarla dollar sərmayə yatırması vaxtilə Azərbaycan diplomatiyası üçün biabırçı böhrana çevrilmişdi. Ukrayna Təhlükəsizlik Xidmətinin ifşa etdiyi bu fakt nəticəsində Kiyev rəsmi Bakıya nota göndərmişdi.

Dövlətimizin beynəlxalq nüfuzunu sarsıdan bu olayda Ramiz Mehdiyev nə etdi?

O, dövlətin maraqlarını deyil, öz biznes şərikini müdafiə etdi! Prezident Administrasiyasında keçirdiyi qapalı müşavirədə günahı Elton Məmmədovda yox, Azərbaycan səfirində və korrupsiya idarəsində axtardı. Bir neçə gün sonra həmin səfir geri çağırıldı. Çox keçmədi ki, Mehdiyevin ən sadiq kadrı, ona “ağsaqqalım, dostum, sirdaşım” deməkdən yorulmayan, “Ramiz Mehdiyevin kitabları hər kəsin masaüstü kitab olmalıdır” deyən Elmira Axundova Ukraynaya səfir təyin olundu. Aydın idi ki, bu, diplomatik təyinat yox, “səfir alveri” idi. Elmira Axundovanın nə diplomatik təcrübəsi vardı, nə xarici siyasət biliyi, nə də beynəlxalq imici. Bu məsələni qaldıranlara isə qeyri-adekvat cavablar verilirdi.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 10.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. YAP-çı deputat Hikmət Babaoğlu və Real Partiyasının sədri Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR