İnsanlara hürriyət, millətlərə istiqlal!

Elm möcüzəsi: Görməni bərpa edən göz implantı hazırlandı

ABŞ-ın Pitsburq Universitetinin Tibb Məktəbinin alimləri görmə qabiliyyətini bərpa edən inqilabi göz implantı hazırlayıblar.

Musavat.com xəbər verir ki, sınaqlarda iştirak edən və proqressiv yaşa bağlı makulyar degenerasiyadan əziyyət çəkən xəstələrin 81 faizində müalicə uğurlu nəticə verib. Bu texnologiya kor insanların yenidən görməsini mümkün edir.

Tədqiqatın rəhbəri, universitetin oftalmologiya şöbəsinin rəhbəri Joze-Alen Sahel bildirib: “Bu, görmənin bərpasına yönəlmiş cəhdlərin böyük sayda pasiyentdə real nəticə verdiyi ilk haldır”. 

Yeni texnologiya necə işləyir?

Xəstə xüsusi eynək taxır — bu eynəyin üzərinə quraşdırılmış mikro kamera qarşıdakı mənzərəni çəkir və görüntünü göz içərisində yerləşdirilmiş cəmi 2x2 millimetr ölçülü implantata ötürür. İmplant işığı elektrik impulslarına çevirir və siqnalları birbaşa beyinə göndərir.

Nəticədə bu impulslar şüurlu görmə təcrübəsinə çevrilir. Beləliklə, illərlə qaranlıqda yaşayan insanlar üçün yenidən işığı görmək mümkün olur — elm dünyasında ümidverici bir səhifə açılır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR