Onlayn ictimai-siyasi qəzet
Təhsil müəssisəsində yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.
Bu barədə Musavat.com-a 128 nömrəli tam orta ümumtəhsil məktəbindən məlumat verilib.
Qeyd edilir ki, axşam saatlarında valideyn tərəfindən göndərilmiş fotoda məktəbin yandığı təsvir olunub. Məktəb rəhbərliyi tərəfindən binaya baxış keçirilib və məlumatın yanlış olduğu aşkarlanıb.
Məktəbin həyətyanı ərazisindəki ağac qırıntılarının yandırıldığı məlum olub.
Lakin yoxlama aparılana qədər Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə (112) məlumat verildiyindən aidiyyəti orqanlar məktəbə gəlib. Ərazidəki ağac qırıntılarının yanması söndürülüb, binaya və digər infrastruktura heç bir ziyan dəyməyib.
Musavat.com
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ