Onlayn ictimai-siyasi qəzet
AMİP Ali Məclisinin qurultaydan sonra yeni tərkibdə ilk iclası keçirilib. Seçkilərdə Rəşad Bayramov yekdillikdə yenidən Ali Məclisin sədri seçilib.
Bu barədə Musavat.com-a Bayramovun özü məlumat verib.
O bildirib ki, iclasda həmçinin Ali Məclisin daimi komissiyalarının yaradılması məsələsi müzakirə olunub, elm-təhsil, səhiyyə, iqtisadiyyat, enerji və təbii ehtiyatlar, beynəlxalq əlaqələr və diasporlarla iş, bələdiyyələrlə iş, sosial müdafiə, insan hüquqları, ictimai-siyasi qurumlarla iş, mədəniyyət və incəsənət, din və idman komissiyalarının yaradılması haqında qərarlar qəbul olunub.
Ali Məclis sədri onu da qeyd edib ki, cari məsələlərin müzakirəsi zamanı son dövrlərdə ölkədə iqtisadi və siyasi müstəvidəki təxribatlarla bağlı partiyanın rəhbəri, Milli Məclisin deputatı Arzuxan Əlizadənin məruzəsi dinlənilib və baş verənlər geniş şəkildə müzakirə olunub.
Cavanşir ABBASLI
Musavat.com
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ