Onlayn ictimai-siyasi qəzet
İrəvanda əvvəllər respublikadan qaçmış və itkin düşmüş hesab edilən 23 yaşlı Çeçenistan əsilli Ayşat Baymuradova ölü tapılıb.
Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, onun meyiti kirayədə qaldığı mənzildə aşkarlanıb.
Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 19-da bir qadın polisə zəng edərək Dəmirçyan küçəsindəki mənzillərdən birində gənc qadının meyitinin tapılması barədə məlumat verib. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları ölən şəxsin oktyabrın 17-dən axtarışda olan 23 yaşlı Ayşət Baymuradova olduğunu müəyyən edib.
Müstəntiqlər meyitlərin yarılması barədə göstəriş verib və ilkin araşdırmaya başlayıblar. Onun ölüm şəraiti hələlik aydınlaşdırılmayıb.
Jurnalistlərin məlumatına görə, Ayşat Şimali Qafqazdan olan qadınlara yardım edən hüquq müdafiə təşkilatının dəstəyi ilə Çeçenistandan Ermənistana gedib. “İctimai hökm” fondunun sosioloqu Hasmik Novikovanın sözlərinə görə, o, İrəvanda yaşayıb və dostları ilə mənzil kirayələyib.
Bildirilir ki, Ayşat oktyabrın 15-də İnstaqramda tanış olduğu dostu ilə görüşə gedib və bir daha geri qayıtmayıb. Sonradan məlum olub ki, bu dostun ardıcılları arasında Çeçenistan lideri Ramzan Kadırova yaxın adamlar da var. Onların kimliyi açıqlanmayıb.
Musavat.com
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ