Onlayn ictimai-siyasi qəzet
Sabah Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
Musavat.com xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.
Qeyd olunub ki, oktyabrın 21-də balans qovşaqlarının mövcud xəttə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən, Təzə Corat 1 (Novxanı şosesi) və Təzə Corat 2 (Məscidin sağ tərəfi) ərazilərində ümumilikdə 650 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq.
Qaz təchizatı işlər tam yekunlaşdıqdan sonra bərpa ediləcək.
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ