İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya zireh səsi ilə geri dönür

“Rheinmetall”, KNDS Almaniya və Niderland silahlı qüvvələrinə 222 ədəd “Schakal” tipli zirehli döyüş maşını (ZDM) tədarük edəcək. Müqavilənin ümumi dəyəri 3,4 milyard avro təşkil edir.

Musavat.com xəbər verir ki, sazişin birbaşa icraçısı iki şirkətin ortaq müəssisəsi olan “Artec GmbH” olacaq.

“Schakal” modeli “Boxer” tipli zirehli daşıyıcının bazasında hazırlanıb və üzərinə Puma piyada döyüş maşınının qülləsi quraşdırılıb. Şirkətin məlumatına görə, 150 ədəd “Schakal” Almaniya ordusuna, 72 ədəd isə Niderland ordusuna veriləcək.

Müqavilə OCCAR – iki ölkənin silahlı qüvvələri üçün birgə hərbi satınalmaları həyata keçirən təşkilat – ilə imzalanıb və əlavə 248 ədəd BМP üçün opsion da nəzərdə tutur.

Layihənin əsas hissəsini “Rheinmetall” yerinə yetirəcək və şirkət ümumi sifarişin təxminən 3 milyard avroluq hissəsinə cavabdeh olacaq.

“Schakal” ZDM-ləri Almaniyanın quru qoşunları üçün əsas döyüş maşını rolunu oynayacaq və ölkənin NATO öhdəlikləri çərçivəsində hərbi modernləşmə proqramının əsas elementlərindən biri hesab olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR