İnsanlara hürriyət, millətlərə istiqlal!

"Neftçi"nin legioneri "Araz-Naxçıvan"da

UEFA Çempionlar Liqasına hazırlaşan "Araz-Naxçıvan" Rumıniyada keçiriləcək əsas mərhələ ərəfəsində heyətini gücləndirib.

Futzal üzrə ölkə çempionu "Neftçi"nin braziliyalı hücumçusu İaqo Enrike Pereyranı heyətinə qatıb. 

27 yaşlı forvard ÇL-də millinin və "Araz-Naxçıvan"ın baş məşqçisi Yevgeni Kukseviçin rəhbərliyi altında çıxış edəcək. İaqo artıq Naxçıvan təmsilçisinin məşqlərinə qoşulub.

Qeyd edək ki, 7-ci qrupda yer alacaq “Araz-Naxçıvan” Rumıniyada keçiriləcək turnir çərçivəsində ilk matçını meydan sahibləri "Yunayted Qalati"yə qarşı keçirəcək. Matç 29 oktyabrda Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. "Araz-Naxçıvan"ın qrupdakı digər rəqibləri "Differdanj" (Lüksemburq) və "Tigers Roermond" (Niderland) olacaq.  (fanat.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR