İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarovanın Cenevrə səfəri davam edir

Milli Məclisin sədri Sahibə Qafarovanın Cenevrə səfəri davam edir. Spiker Parlamentlərarası İttifaqının 151-ci Assambleyasında iştirak etmək üçün İsveçrədə işgüzar səfərdədir.

Musavat.com Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, Azərbaycan Parlamentinin spikeri Assambleyanın bu gün davam edən müzakirələrinə sədrlik edib. Müzakirələrdə Avstraliya, Kolumbiya, Mozambik, Serbiya, Liviya, Finlandiya, Macarıstan, İspaniya, Türkiyə, Uruqvay, Belçika və digər ölkələrin parlament təmsilçiləri çıxış ediblər.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova Assambleyanın “Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda keçirilən ilk gün müzakirələrində çıxış edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR