İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “Mənə Ukraynanın sərhədləri vacib deyil”

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə Vaşinqtonda keçirdiyi görüşdə açıq şəkildə bildirib ki, Ukraynanın ərazi bütövlüyü onun üçün prioritet deyil, əsas məqsədi isə “müharibəni necə olur-olsun, tez bitirməkdir.

Musavat.com xəbər verir ki, Tramp Zelenskiyə yaxın zamanda ABŞ-ın “Tomahavk” tipli uzaqmənzilli raketlərini ala bilməyəcəyini də çatdırıb.

ABŞ rəsmilərinin bildirdiyinə görə, Donald Tramp görüş zamanı Ukraynanın yeni sərhədlərinin harada keçməsinin onun üçün önəm daşımadığını, əsas məqsədinin “barışıq əldə etmək” olduğunu deyib. O, Zelenskiyə “sadəcə dayanmaq və vəziyyəti olduğu kimi qəbul etmək” tövsiyəsini verib.

Eyni mənbələrin yazdığına görə, Tramp görüş zamanı Ukraynanın cəbhə xəritələrinə baxmaqdan da imtina edib və Donbasın Ukraynaya qaytarılmasının prioritet olmadığını vurğulayıb:

“Rusiyanın artıq Donbasın 78 faizinə nəzarət etdiyini düşünürəm. Əsas məsələ müharibəni dayandırmaqdır, kimə nə qalacağı isə ikinci dərəcəlidir”.

Donald Trampın bu sözləri Vaşinqtonda və Avropada ciddi narazılıq doğurub. Ukrayna və Avropa tərəfdaşları belə bir mövqenin Moskvanı daha da cəsarətləndirəcəyini və müharibənin dondurulması ilə Rusiyaya yeni hücumlar üçün zaman qazandıracağını bildiriblər.

Rusiya prezidenti Vladimir Putinlə son telefon danışığında Trampın “tezliklə atəşkəs” çağırışı etdiyi, lakin Putinin Donetsk vilayətinin qalan 22 faizinin də Rusiyaya verilməsini tələb etdiyi bildirilir. Kiyev bu tələbi qətiyyətlə rədd edib və bunun Ukrayna Konstitusiyasına zidd olduğunu bəyan edib.

Tramp “Fox News”a müsahibəsində etiraf edib ki, “müharibəni bitirmək” gözlədiyindən çox çətin imiş:

“Bu, xoşagəlməzdir, çünki qarşımızda bir-birinə nifrət edən iki lider var”.

Kreml isə ABŞ liderinin “barışıq təklifinə” cavab olaraq bildirib ki, Rusiya müharibəni dayandırmaq niyyətində deyil, çünki “öz strateji məqsədlərinə çatmalıdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR