İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda kilsə böhranı dərinləşir 

Xəbər verildiyi kimi, Ovanavank məbədinin keşişi, ruhani Aram Asatryan keşişlikdən məhrum edilib. Müqəddəs Eçmiədzin bu qərarını Araakzotn yeparxiyasının rəhbərinin təqdim etdiyi hesabat və kilsənin intizam komissiyasının rəyinə əsasən qəbul olunub.

Musavat.com xəbər verir ki, bu qərar kilsə daxilində və siyasətçilər arasında ciddi rezonans doğurub.

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bu qərarı kəskin tənqid edib:

“Ktriç Nersisyanın (Erməni kilsəsinin rəhbəri II Qreginin əsl adı - red.) növbəti anti-kilsə addımını qətiyyətlə pisləyirəm. Ter Aramın (Aram Asatryan) keşişlikdən məhrum edilməsi əsla əsaslı deyil və Ktriç Nersisyanın qanunsuz təzyiq siyasətinin tərkib hissəsidir. Nersisyan yalnız patriarx taxtını tərk etməli deyil, həm də özü keşişlikdən məhrum edilməlidir. Bu qanunsuz və anti-kilsə kampaniyasına qarşı çıxan bütün dürüst ruhanilərlə həmrəyliyimi bildirirəm”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR