İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan və Qazaxıstan 2 qardaş ölkə olaraq həm bir-birinə güvənir, həm də...”

Prezident İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir. Astana şəhərində Azərbaycan lideri ölkəmiz adına çox vacib görüşlər keçirir. Ekspertlər Prezidentin bu səfərini yüksək dəyərləndirir və hər iki türk dövləti arasında gələcək əlaqələrin stabil qalmasında mühüm rol oynayacağını bildirirlər.

ELSEN.jpg (18 KB)

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Musavat.com-a açıqlamasında Qazaxıstanın Türk ailəsinə ən layiqli ölkələrdən olduğunu önə çəkib:

“Azərbaycan Prezidenti, cənab İlham Əliyevin Qazaxıstana səfəri iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsi baxımından olduqca böyük əhəmiyyətə malikdir. Eyni zamanda, keçirilən görüşlər və aparılan qarşılıqlı müzakirələr də onu deməyə əsas verir ki, bu gün Azərbaycan və Qazaxıstan etibarlı tərəfdaş və 2 qardaş ölkə olaraq həm bir-birinə güvənir, həm də bütün sahələrdə əməkdaşlığın genişlənməsini hədəfləyir.

Cənab Prezident haqlı olaraq qeyd etdi ki, Qazaxıstan hər zaman bizim yanımızda olub, haqq səsimizə səs verib, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə edib. Bəli, həqiqətən də belədir. Qazaxıstan Azərbaycana daim mənəvi və siyasi dəstək verib. Astana dostluğa və qardaşlığa sadiq olduğunu çoxdan sübut etmiş, on illərin sınağından çıxmış, güvəniləcək ölkədir.

Qazaxıstan Türk dünyasına, Türk ailəsinə layiq ölkədir. Bu türk ölkəsi öz ayağı üzərində dayanmağı bacaran, tam müstəqil ölkədir. Təbii, arzumuz budur ki, qardaşlıq münasibətlərimizin hüdudları bundan da böyük zirvələri fəth etsin və hər iki ölkənin uğurları daim bol olsun”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR