İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaporojyedə QIRĞIN: Ruslar DARMADAĞIN edildi, hərbi VƏZİYYƏT uzadıldı - CANLI

Rusiya ordusunun Zaporojye istiqamətində hücumu uğursuzluqla nəticələnib, hərbi texnikaları məhv edilib. Ukrayna Silahlı Qüvvələrinin 118-ci əlahiddə briqadasından məlumat verilib.

“Rusiya ordusu Malaya Tokmaçka kəndi yaxınlığında tank, PDM, BTR və bir neçə “Tiqr” zirehli avtomobilindən ibarət 26 hərbi texnikanın dəstək verdiyi iki motoatıcı bölüyü ilə hücuma keçib. Hücum bir neçə dalğadan ibarət olub və hər hücumda 5-8 arası texnika iştirak edib. Döyüşlər zamanı rusların 2 tankı, 12 PDM-i, 6 BTR-i və 2 “Tiqr” zirehli avtomobili məhv edilib. Nəticədə ruslar geri çəkilib”, - məlumatda qeyd olunub.

Bu arada Ukraynada hərbi vəziyyət rejimi 90 gün uzadılıb. Bununla bağlı Ali Radanın oktyabrın 21-də keçirilən iclasında Prezident Vladimir Zelenskinin təqdim etdiyi sənəd müzakirə olunub. Sənədi Müdafiə və Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov təqdim edib. Sənəd müzakirələrdən sonra qəbul edilib. Ukraynada hərbi vəziyyət, noyabrın 5-dən sonra 2026-cı il fevralın 3-ə qədər uzadılıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi deputat Arzuxan Əlizadə ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR