Onlayn ictimai-siyasi qəzet
Ayı hücumuna məruz qalan kişi möcüzəvi şəkildə sağ qaldı — 10 il əvvəl də oxşar hadisə yaşamışdı
Rusiyanın Primorye vilayətində 49 yaşlı kişi ayı hücumundan möcüzəvi şəkildə sağ çıxıb.
Musavat.com xəbər verir ki, hadisə Lazo rayonunda baş verib.
Məlumata görə, kişi şam qozası topladığı zaman vəhşi heyvanla üz-üzə gəlib. O, ayını qorxutmağa çalışsa da, yırtıcı üzərinə atılıb və ciddi xəsarətlər yetirib.
Bir müddət sonra ayı insana marağını itirib və uzaqlaşıb. Güclü qan itirməsinə baxmayaraq, kişi meşədən təkbaşına çıxmağı bacarıb. Yaralı şəxs baş və bədən nahiyələrindən ağır yaralanıb, üz sümüklərində çoxsaylı sınıqlar və göz zədəsi alıb. O, təcili olaraq xəstəxanaya yerləşdirilib və həkimlər onun vəziyyətini sabitləşdiriblər.
Maraqlıdır ki, həmin şəxs 10 il əvvəl də oxşar hadisə ilə qarşılaşıb — o zaman da ayı hücumundan sağ çıxaraq həkimlərin köməyi ilə həyata dönmüşdü.
Musavat.com
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ