İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fənərbağça”nın sabiq vitse-prezidentinə ŞOK

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) korrupsiya və vəzifə sui-istifadəsi istintaqı genişlənir.

Musavat.com xəbər verir ki, istintaq çərçivəsində bir sıra şəxslər “cinayət təşkilatı yaratmaq və idarə etmək”, “rüşvət”, vəzifə səlahiyyətlərindən sui-istifadə, “məlumatları qanunsuz ələ keçirmək” və “ihaləyə fesad qarışdırmaq” kimi ittihamlarla araşdırılır.

Məlumata görə, istintaq çərçivəsində iki tanınmış iş adamı – “Akfen Holding” İdarə Heyətinin sədri Hamdi Akın və “Astaş Holding” rəhbəri Vedat Aşçı ifadə vermək üçün İstanbul Ədliyyəsinə çağırılıb.

Hamdi Akın və Vedat Aşçı kimdir?

1954-cü ildə İstanbulda doğulan Hamdi Akın Türkiyənin ən tanınmış iş adamlarından biridir. O, 1976-cı ildə “Akfen Holding”i quraraq infrastruktur, enerji və daşınmaz əmlak sektorlarında böyük layihələrə imza atıb. Akın həm də “Fənərbağça” idman klubunun keçmiş vitse-prezidenti kimi tanınır.

“Forbes” jurnalının məlumatına görə, Akın uzun illər Türkiyənin ən varlı şəxslərindən biri olub və sosial məsuliyyət layihələrinə dəstək verən “Akfen Vakfı”nın qurucusudur.

Vedat Aşçı 1960-cı ildə Samsunda doğulub, 1980-ci illərdə isə Almaniyada təhsil aldıqdan sonra Türkiyəyə dönərək Astaş Holdingi qurub. Şirkət lüks daşınmaz əmlak, turizm və moda sənayesində fəaliyyət göstərir. Astaş son illərdə İstanbulda inşa etdiyi Mandarin Oriental Bosphorus və Astoria layihələri ilə tanınıb.

Bu istintaq Türkiyədə iş dünyası ilə siyasət arasındakı münasibətlərə dair müzakirələri yenidən gündəmə gətirib. Həm “Akfen”, həm də “Astaş” kimi böyük holdinqlərin rəhbərlərinin ifadəyə çağırılması “İBB işində dairə genişlənir” şərhlərinə səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR