İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlar Paşinyana qarşı çıxırlar

“Vətəndaş müqaviləsi” fraksiyasından çıxarılan deputatlar Ovik Ağazaryan və Akop Aslanyan Nikol Paşinyana qarşı impiçment proseduruna qoşulacaqlar.

Musavat.com xəbər verir ki, bu barədə Erəmənistan parlamentində impiçment prosesini başladan “Şərəfim var” fraksiyasının rəhbəri Ayk Mamicanyan bəyan edib.

Qeyd edək ki Ermənistan parlamentində “Milli böhran və dövlət idarəçiliyinin iflası haqqında” bəyanat layihəsi müzakirə olunub. Layihə müxalif “Şərəfim var” fraksiyası tərəfindən təqdim edilib, lakin yerli parlamentin Dövlət-hüquq məsələləri komissiyası sənəd haqqında mənfi rəy verib. Buna görə də onun gündəliyə daxil edilməsi ayrıca qaydada müzakirə olunur. Səsvermə müzakirələrdən sonra keçirilir.

Layihəni təqdim edən Ayk Mamicanyan bildirib ki, Nikol Paşinyan hakimiyyətdən mümkün qədər tez uzaqlaşdırılmalıdır və bunun üçün yeganə vasitə impiçmentdir.

“İmpiçmentin əsas gücü və uğurunun ən vacib təminatı geniş ictimai səfərbərlik və küçə mübarizəsidir. 7 iyunda bu proses başladıqda sənədi 6 deputat imzalamışdı, 8 oktyabrda isə imza sayı artıq 34-ə çatdı. Keçən həftə mən müstəqil deputat Ovik Ağazaryan və Akop Aslanyanla görüşdüm. Hazırda deyə bilərəm ki, onlar impiçment prosesinə mane olmayacaqlar və müzakirələr davam edir”, - deyə Mamicanyan bildirib.

Parlamentin sədr müavini Ruben Rubinyan isə buna cavab olaraq deyib:

“Bravo Ovik Ağazaryana və Akop Aslanyana. Sevindirici haldır ki, siz görüşür və ünsiyyət qurursunuz”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR