Onlayn ictimai-siyasi qəzet
AMEA-nın prezidenti İsa Həbibbəylinin qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq nağd pulu və qiymətli əşyaları fırıldaqla ələ keçirilib. Məsimova baş verənləri polisə danışmaq əvəzinə Bakıya qaçıb, hadisəni polisə danışanlardan isə şikayət edib.
Musavat.com xəbər verir ki, Gundelik Naxçıvan-ın yaydığı xəbərə görə, Günay Məsimova saxta evlilik vasitəsi ilə Almaniyada yaşamaq hüququ əldə edib.
Bundan sonra o, dəyəri 1 milyon avro olan villa və mənzil alıb. Villanın ünvanı dəqiq göstərilməsə də, mənzilin Berlində Kohulfurter küçəsində yerləşdiyi qeyd olunur.
Oğurluq hadisəsi bu ilin əvvəlində baş verib. Günay Məsimova keçən ilin iyununda Bakıdan Almaniyaya gətirdiyi pulları və qiymətli əşyaları Nürnberqdə yaşayan tanışı F. M. vasitəsi ilə “Sparkasse” bankında seyfə qoymaq qərarına gəlib.
Almaniyada bu cür seyflər qiymətli sənədlər və 10 min avroya qədər qiymətli əşyalar üçün nəzərdə tutulsa da, bankın seyfləri açıb, yoxlamaq hüququ yoxdur.
Günayla görüşməzdən əvvəl F. M. bankın Fürth şəhərindəki filialında dostlarından birindən xəbərsiz onun adına seyf hesabı açıb. O, başqa bir seyf hesabı da Günay Məsimovanın adına açıb və kartını özünə verib. Banka gəldikdən sonra F. M. pulları və qiymətli əşyaları Məsimovanın yox, dostunun seyfinə qoyub.
Bu ilin yanvar ayında brilyant qaşlı qızıl saatlarından birini görtürmək üçün banka gələn Günay Məsimova ona məxsus seyfin boş olduğunu görüb. Telefon əlaqəsi saxladıqdan sonra F. M.-nin onu aldatdığını, 790 min avro dəyərində dollar və brilliyant, 330 min avro pulu onun yox, dostunun adına olan seyfə qoyduğnu, bir müddət sonra isə götürüb, Baltik ölkələrindən birinə qaçdığını öyrənib.
Bildirilir ki, Günay Məsimova pulların mənbəyinin soruşulacağını bildiyi üçün oğurluq barədə polisə məlumat vermədən Bakıya qaçıb.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ