İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramiz Mehdiyevin kürəkəni obyektlərdən pulları yığarkən görüntüləndi — FOTO

Milli Məclisin sabiq deputatı, dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev paytaxtda yerləşən biznes obyektlərindən  aylıq vəsaitləri toplaması ilə yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, Ramiz Mehdiyevin kürəkəni metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında yerləşən və ona məxsus olan onlarla biznes obyektlərindən yığılan pulları əksər hallarda özü şəxsən toplayır.

O, sözügedən restoran və kafelərindən əldə edilən pulları isə özünün idarə etdiyi "Mercedes Maybach",  "Mercedes G 63 AMG", "Rolls Royce" və "Bently" markalı lüks avtomobilləri ilə yığır. 




ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR