İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Avstraliya nadir metallar üzrə əməkdaşlıq sazişi imzaladı

ABŞ prezidenti Donald Tramp və Avstraliyanın baş naziri faydalı qazıntılar və nadir torpaq elementləri sahəsində əməkdaşlıq haqqında yeni saziş imzalayıblar.

Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, sazişin imzalanmasından əvvəl iki ölkə təxminən beş ay ərzində intensiv danışıqlar aparıb.

“Biz nadir torpaq elementləri, strateji əhəmiyyətli minerallar və bir çox digər sahələrdə sıx əməkdaşlıq edirik. Münasibətlərimiz çox yaxşıdır və bu saziş onları daha da gücləndirəcək”, – deyə ABŞ prezidenti bildirib.

Yeni razılaşma iki ölkə arasında texnoloji istehsal zəncirlərinin möhkəmləndirilməsi, xammal təminatının diversifikasiyası və müdafiə sənayesi üçün həyati vacib resursların birgə hasilatını nəzərdə tutur. Saziş həm də qlobal bazarda Çin kimi böyük istehsalçılardan asılılığın azaldılmasına yönəlib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

20 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR