İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Ali Təhlükəsizlik Şurası MAQATE ilə əməkdaşlığı müzakirə etməyə hazırdır - Laricani

İranın Ali Milli Təhlükəsizlik Şurası MAQATE ilə gələcək əməkdaşlıq üçün mümkün təklifləri nəzərdən keçirməyə hazırdır.

Musavat.com xəbər verir ki, bu açıqlamanı şuranın sözçüsü Əli Laricani verib. Onun fikirlərini IRNA agentliyi yayıb: "Əgər MAQATE bu məsələ ilə bağlı müraciət etsə, o, şura tərəfindən nəzərdən keçiriləcək".

O, həmçinin Rusiya və Çinlə strateji əlaqələrin vacibliyini vurğulayaraq, Tehran və Moskva arasında mesaj mübadiləsi kanalının mövcudluğunu qeyd edib.

İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl bəyan etmişdi ki, Tehranın MAQATE ilə əməkdaşlıq müqaviləsi dondurulub və agentliklə qarşılıqlı fəaliyyət yalnız parlament qanunları çərçivəsində və Ali Milli Təhlükəsizlik Şurası vasitəsilə həyata keçirilir.

Sentyabr ayında İranın Ali Milli Təhlükəsizlik Şurası Avropa üçlüyünün İrana qarşı BMT sanksiyalarını bərpa etmək mexanizmini işə salmasından sonra MAQATE ilə əməkdaşlığı dayandırmağa çağırıb.

2015-ci il Birgə Kompleks Fəaliyyət Planı (JCPOA) çərçivəsində dayandırılmış BMT sanksiyaları sentyabrın 28-nə keçən gecə yenidən qüvvəyə minib.

Bununla belə, JCPOA-nın oktyabrın 18-də başa çatıb, bundan sonra İran bəyan edib ki, “bütün müddəalar, o cümlədən İranın nüvə proqramına və əlaqəli mexanizmlərə qoyulan məhdudiyyətlər aradan qaldırılmış hesab olunur”.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR