İnsanlara hürriyət, millətlərə istiqlal!

YouTube-da avtomatik dublyaj dövrü başladı

YouTube platforması videoların fərqli dillərə tərcüməsini həyata keçirən yeni avtomatik dublyaj funksiyasını istifadəyə verib.

Musavat.com xəbər verir ki, bu yenilik Google-un süni intellekt əsaslı Gemini texnologiyasına əsaslanır və tərcümə zamanı danışanın orijinal səs tembri, emosional tonu və intonasiyası qorunur.

Bu xüsusiyyət sayəsində kontent müəllifləri videolarını bir neçə dildə təqdim edə biləcək, nəticədə onların auditoriyası əhəmiyyətli dərəcədə genişlənəcək. Sistem səsi təbii və real səslənməsi üçün fərdi xüsusiyyətləri də saxlayır.

Yeni imkan hazırda sınaq mərhələsindədir və yalnız seçilmiş kontent yaradıcıları üçün əlçatandır. Google şirkəti yaxın aylarda funksiyanın bütün istifadəçilərə açılacağını bildirib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR