İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova Simonyanla nədən danışıb? FOTOLAR

Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Asambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü keçirilib.

Musavat.com bu barədə Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.

Aparılan müzakirələrdə spikerlər Vaşinqton sammitində əldə olunmuş razılaşmaları və münasibətlərin normallaşması üzrə görülən tədbirləri alqışlayıblar.

Spikerlər konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək, parlamentlər səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını bildiriblər.

***

Cenevrədə Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşü başlayıb.

Musavat.com xəbər verir ki, Sahibə Qafarova və Alen Simonyan arasında görüş Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində keçirilir.

Bir az sonra görüşlə bağlı rəsmi açıqlama veriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR