Onlayn ictimai-siyasi qəzet
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) inzibati xətaların araşdırılması prosesində xüsusi üz tanıma proqramından istifadə etməyə başlayıb.
Musavat.com xəbər verir ki, nazirin sərəncamına əsasən, inzibati işlərin daha səmərəli icrası məqsədilə “pozuntuların uçotu və qanun pozanların müəyyənləşdirilməsi” üzrə yeni qrup yaradılıb.
Yeni mexanizm çərçivəsində qrupun tərkibinə aşağıdakılar daxildir:
▪️ İctimai Təhlükəsizliyin İdarəetmə Mərkəzi “112”nin əməkdaşları – onlar qanun pozuntusunun foto və ya video görüntülərini qeydə alacaq və ehtimal olunan şəxsin şəklini çəkəcəklər.
▪️ DİN-in ixtisaslaşmış bölmələrinin nümayəndələri – görüntü proqram vasitəsilə sistemə yükləndikdən sonra həmin şəxsin şəxsiyyətini təsdiqləyəcək və protokol tərtib edəcəklər.
Rəsmi məlumata görə, bu yeniliyin məqsədi inzibati xətalara operativ reaksiya verilməsini təmin etmək, ictimai qayda və təhlükəsizliyi daha yüksək səviyyədə qorumaqdır.
Musavat.com
21 Oktyabr 2025
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ