İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Zelenskinin QƏLƏMİNİ QIRDI: “Ukraynanın qələbəsinə inanmıram”

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukraynanın Rusiya ilə müharibədə qalib gələcəyinə inanmır. O, münaqişənin nəticələrinin hələ də qeyri-müəyyən olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Tramp müharibənin gedişi ilə bağlı fikirlərini belə ifadə edib:

“Onlar hələ də qazana bilərlər. Amma mən elə düşünmürəm. Heç vaxt deməmişəm ki, onlar qalib gələcəklər, sadəcə demişəm ki, qazana bilərlər. Hər şey mümkündür. Bilirsiniz, müharibə çox qəribə bir şeydir — orada çox pis hadisələr baş verir, bəzən isə yaxşı nəticələr də olur.”

Siyasətçi həmçinin Yaxın Şərqdəki vəziyyətə toxunaraq bildirib ki, ABŞ-ın İrana “güclü zərbə endirməsi” bölgədə sülh sazişinin imzalanmasına şərait yaradıb:

“Əgər biz İrana güclü zərbə endirməsəydik, Yaxın Şərq üzərində qaranlıq bir bulud qalacaqdı. Amma onların nüvə potensialını məhv etdikdə, bu, bütün dövrlərin ən böyük hərbi əməliyyatlarından biri oldu.”

Trampın bu açıqlamaları həm Ukrayna müharibəsinə, həm də ABŞ-ın Yaxın Şərq siyasətinə dair Vaşinqtonun mövqeyi ilə bağlı yeni müzakirələrə səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR