Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə görüş zamanı onun bəyanatlarına demək olar ki, diqqət yetirməyib.
Musavat.com xəbər verir ki, "The Washington Post" nəşrinin mənbələrinə istinadən yazdığına görə, Tramp söhbət zamanı əsasən özünə Nobel Sülh Mükafatının verilməməsindən şikayətlənib və bu məsələni dəfələrlə gündəmə gətirib.
Görüş iştirakçılarının sözlərinə görə, Tramp “dünya sülhü üçün gördüyü işlərin kifayət qədər dəyərləndirilmədiyini” iddia edib və bu məsələni Zelenski ilə danışıqların mövzusundan üstün tutub.
Sosial şəbəkələrdə xəbərə münasibətlər birmənalı olmayıb – istifadəçilərin bir qismi Trampın bu davranışını tənqid edərək, istehza ilə “belə simayla heç kim sənə mükafat verməz” kimi şərhlər yazıblar.
Musavat.com
21 Oktyabr 2025
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ