Onlayn ictimai-siyasi qəzet
Rusiyada Aİ-92 markalı benzinin qiyməti bu il artıq 15-ci dəfə rekord həddə yüksəlib. Sankt-Peterburq Beynəlxalq Əmtəə Birjasında bir ton benzinin qiyməti 74 min 336 rubl təşkil edib ki, bu da son illərin ən yüksək göstəricisidir.
Musavat.com xəbər verir ki, qiymət artımının əsas səbəbləri arasında yanacaq tədarükündə məhdudiyyətlər, neft emalı zavodlarında texniki fasilələr, həmçinin ixrac məhdudiyyətlərinin sərtləşdirilməsi göstərilir. Bundan başqa, rublun ucuzlaşması və daxili bazarda artan tələbat da qiymətlərin daha da qalxmasına təsir edib.
Ekspertlərin fikrincə, əgər Rusiya hökuməti yaxın vaxtlarda əlavə tənzimləyici tədbirlər görməsə, payızın sonuna qədər benzin qiymətlərində yeni artım dalğası baş verə bilər. Bu isə nəqliyyat və kənd təsərrüfatı sektorlarında əlavə xərclərin yaranmasına gətirib çıxara bilər.
Musavat.com
21 Oktyabr 2025
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ