Onlayn ictimai-siyasi qəzet
Ermənistan paytaxtı İrəvanda 23 yaşlı Çeçenistan sakini Ayşat Baymuradovanın meyiti tapılıb. O, 17 oktyabrdan bəri itkin düşmüş kimi axtarılırdı. Qızın cəsədi Demirçyan küçəsində kirayə qaldığı mənzildə aşkar edilib.
Musavat.com xəbər verir ki, hüquq müdafiəçilərinin məlumatına görə, Ayşat ailə zorakılığından sonra Çeçenistanı tərk edib və Şimali Qafqazdan olan qadınlara yardım edən bir təşkilatın himayəsi altında İrəvanda yaşayırmış. İtkin düşməzdən əvvəl o, qonşularına “Instagram”da tanış olduğu bir rəfiqəsi ilə görüşə gedəcəyini bildirib.
Sonradan məlum olub ki, həmin rəfiqənin izləyiciləri arasında Ramzan Kadırovun yaxın çevrəsindən olan şəxslər də var. Polis hadisə ilə bağlı ekspertiza təyin edib və ölümün səbəblərini araşdırır.
Musavat.com
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ