Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) prezident fərmanı layihəsi hazırlayıb. “Vedomosti”nin məlumatına görə, bu sənədə əsasən FSB-yə casusluq üçün nəzərdə tutulan bütün xüsusi texniki vasitələrin qeydiyyatı və uçotu ilə bağlı səlahiyyətlər veriləcək.
Yeni qaydalar həm fərdi şəxslər tərəfindən hazırlanmış cihaz və proqramları, həm də xüsusi izləmə sistemlərini əhatə edəcək. FSB-yə bu vasitələrin uçot, qeydiyyat və istifadəsi qaydasını müəyyənləşdirmək hüququ veriləcək.
Əgər sənəd qəbul olunsa, FSB həmçinin belə avadanlıqların idxal və ixracını da rəsmi şəkildə nəzarətə götürəcək. Qurumun mətbuat xidməti bu kateqoriyaya dinləmə qurğularını, zəng və mesajların ələ keçirilməsi modullarını, dron və robot texnikanı, eləcə də müxtəlif formatlarda gizli kameraları daxil edir.
Musavat.com
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ