İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp–Zelenski görüşü haqqında miflər dağılır

ABŞ prezidenti Donald Tramp ilə Ukrayna lideri Volodimir Zelenski arasında baş tutan görüşün mediada təqdim olunduğu qədər gərgin keçmədiyi bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.

Saytın məlumatına görə, Trampın görüş zamanı “xəritələri kənara atdığı” barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Əslində, Donald Tramp sadəcə “fərqli xəritələrdən yorulduğunu” söyləyib. Mənbələr görüşün “deyildiyi qədər qaranlıq atmosferdə keçmədiyini” vurğulayıblar.

Hadisə ilə tanış olan iki respublikaçı xarici siyasət eksperti “Politico”ya bildirib ki, Tramp Zelenski ilə söhbət zamanı nalayiq ifadə işlətməyib. Onlardan biri qeyd edib:

“Ukraynalılar üçün bu görüş daha çox uğursuz, amma faciəvi olmayan bir nəticə idi”.

Digər ekspert isə əlavə edib:

“Pis görüş deyildi, sadəcə, yanlış zaman və yüksək gözləntilər onun mənfi görünməsinə səbəb oldu”.

Məqalədə qeyd olunur ki, bəzi respublikaçı siyasətçilər Zelenskiyə səfəri təxirə salmağı tövsiyə etmişdilər. Onların fikrincə, Vaşinqton həmin vaxt hökumətin fəaliyyətinin qismən dayandırılması (“shutdown”) və Yaxın Şərqdəki gərginliklə məşğul imiş, buna görə də belə bir səfər üçün uyğun zaman olmayıb.

Eyni zamanda, Zelenskinin komandasına “Tomahavk” raketlərinin tədarükü məsələsinə xüsusi israr etməmək xahiş olunub. Ağ Ev rəsmiləri ukraynalılardan Trampın görüşdən bir gün əvvəl Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı apardığını nəzərə almalarını xahiş ediblər.

Görüş gözlənildiyi qədər uğurlu olmasa da, ABŞ–Ukrayna münasibətlərində “fəlakət” səviyyəsində gərginlik yaratmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR