Onlayn ictimai-siyasi qəzet
Almaniya ABŞ-dan əlavə 15 ədəd F-35 qırıcı təyyarəsi alacaq. Müqavilənin dəyəri təxminən 2,5 milyard avro təşkil edir.
Musavat.com xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb.
Hazırda Bundesverin (Almaniya Silahlı Qüvvələrinin) Hərbi Hava Qüvvələrinin silahlanmasında artıq 35 ədəd F-35 mövcuddur. Berlinin bu alışı NATO-nun üzv ölkələrin Hərbi Hava Qüvvələrinə dair yeni tələblərinə uyğunlaşmaq məqsədilə həyata keçirdiyi bildirilir.
8 oktyabrda Bundestaqın Büdcə Komitəsi Müdafiə Nazirliyinin 7 milyard avrodan çox dəyərində bir sıra hərbi satınalma layihələrini təsdiqləyib. Bu layihələr arasında 3,75 milyard avroluq "Eurofighter" qırıcılarının alınması da yer alır. Təyyarələrin 2031–2034-cü illər arasında təhvil verilməsi planlaşdırılır.
Alınacaq "Eurofighter" qırıcılarının sayı rəsmi şəkildə açıqlanmasa da, söhbət 20 ədəd təyyarədən gedir.
Musavat.com
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ