Onlayn ictimai-siyasi qəzet
Zaqatala rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı artıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilir ki, hadisə nəticəsində altı nəfər (dörd kişi, iki qadın) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən beş nəfər ambulator müalicə üçün evə buraxılıb.
Bir nəfər isə daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.
Tibb müəssisəsinin Uşaq neyrocərrahiyyə şöbəsinə yerləşdirilən pasiyentə qapalı kəllə-beyin travması, sol təpə sümüyünün xətti sınığı, sol təpə payında travmatik subdural hematoma diaqnozları təyin edilib.
Onun hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ