İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS silah ehtiyatlarını bərpa etməyə çalışır – Qəzzada genişmiqyaslı əməliyyat başladılıb

HƏMAS-ın təhlükəsizlik qüvvələri Qəzza sektorunda silah və hərbi sursat ehtiyatlarını bərpa etmək məqsədilə genişmiqyaslı əməliyyata başladığını elan edib.

Musavat.com-un məlumatına görə rəsmi məlumatda bildirilir ki, əməliyyat İsrail ordusunun (ÇAXAL) geri çəkildiyi ərazilərdə aparılır və əsas məqsəd partlamamış mərmilərin, sursatların və tərk edilmiş hərbi texnikanın toplanmasıdır.

HƏMAS nümayəndələri bu prosesi “müdafiə imkanlarını gücləndirmək və təhlükəli əraziləri təmizləmək” addımı kimi təqdim edir.

Ekspertlər isə hesab edirlər ki, bu əməliyyat təşkilatın müharibədən sonra silah ehtiyatlarını bərpa etməyə yönəlmiş strategiyasının tərkib hissəsidir və bölgədə gərginliyin yenidən artması ehtimalını artırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR