İnsanlara hürriyət, millətlərə istiqlal!

Bank Respublika müştəriləri onlayn təhlükələrə qarşı ayıq olmağa çağırır!

Bank Respublika müştəri məlumatlarının qorunmasını prioritet sayır

Hər il oktyabr ayında dünyada “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” qeyd olunur. Bu qlobal təşəbbüsün məqsədi həm fərdi, həm də korporativ mühitdə istifadəçilərin onlayn təhlükələrdən qorunması üçün maarifləndirmə səylərini gücləndirmək, təhlükəsiz rəqəmsal davranış mədəniyyətini formalaşdırmaqdır.

Bank Respublika bu təşəbbüsə qoşularaq bildirir ki, təhlükəsizlik ilk olaraq Sizdən başlayır. Rəqəmsal mühitdə təhlükəsiz davranış gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməlidir. Bank müasir bankçılığın inkişafı ilə yanaşı, müştəri məlumatlarının qorunması və təhlükəsiz əməliyyat mühitinin təmin edilməsini öz fəaliyyətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirir.

Bank Respublika müştəri məlumatlarının qorunması və rəqəmsal əməliyyatların təhlükəsizliyinin təmin olunması üçün müasir texnoloji həllər, çoxsəviyyəli daxili təhlükəsizlik protokolları və davamlı maarifləndirmə təşəbbüsləri həyata keçirir.

Bank Respublika müştərilərə kibertəhlükələrdən qorunmaq üçün aşağıdakı sadə, lakin vacib addımları tövsiyə edir:

  • Şəxsi məlumatlarını paylaşmayın
    Bank Respublika heç vaxt telefon və ya mesaj vasitəsilə PIN, şifrə, SMS kod kimi məlumatları tələb etmir.
  • Klik etməzdən əvvəl düşünün
    Naməlum linklərə və fayllara keçid etməzdən əvvəl mənbənin etibarlılığını yoxlayın.
  • Hesablarınızı gücləndirin
    Çoxfaktorlu autentifikasiya (MFA) və unikal parol hesabınızın ən güclü qoruma üsuludur.
  • Kart məlumatlarınızı qoruyun.
    Kart nömrəsi, CVV və PIN yalnız sizə məxsusdur. Onları paylaşmaq maliyyə risklərinə səbəb ola bilər.
  • Bildirişləri aktiv saxlayın
    SMS və push bildirişləri şübhəli əməliyyatları dərhal görməyə kömək edir.
  • Yalançı lotereya və müsabiqələrə inanmayın.

Bank adından yayılan saxta kampaniyalara aldanmayın. Yalnız Bank Respublika-nın rəsmi səhifələrində  qeyd olunan məlumatlara etibar edin.

  • Təhlükəsiz şəbəkədən istifadə edin
    İctimai Wi-Fi üzərindən bank əməliyyatları aparmaq risklidir. Yalnız etibarlı bağlantılardan istifadə edin.
  • Mobil tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin
    App Store və ya Google Play-dən kənar mənbələrdən yüklənən tətbiqlər təhlükə yarada bilər.
  • Sosial şəbəkələrdə ehtiyatlı olun
    Ad günü, ünvan və digər şəxsi məlumatları paylaşmaq dələduzlara fürsət yarada bilər.
  • Bank Respublika hər kəsi rəqəmsal mühitdə məsuliyyətli davranmağa, təhlükəsizlik qaydalarına əməl etməyə və şəxsi məlumatlarını qorumağa çağırır.

 Daha ətraflı məlumat üçün: Veb sayt: www.bankrespublika.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR