Onlayn ictimai-siyasi qəzet
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda keçiriləcək “Atletik” (İspaniya) – “Qarabağ” matçının hakim təyinatları açıqlanıb.
Musavat.com UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Iqor Payaç olacaq. Ona yan xətdə Boyan Zobenitsa və İvan Mihali kömək edəcək. Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 22-də keçirləcək “Atletik” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ