İnsanlara hürriyət, millətlərə istiqlal!

Elşən “Uzak şehir”in ulduzu ilə belə dost olub

Aktyor Elşən Orucov məşhur türk aktyor Ozan Akbaba ilə olan dostluqları haqqında danışıb.

Musavat.com bildirir ki, o, bu barədə “Mədəni şou” verilişində danışıb və “Necə tanış olmusunuz” sualına belə cavab verib:

“Bakıda film təqdimatında təsadüfən tanış olduq. Bir dostumuz onun serialını izləyirdi, böyük fanatı idi və çox istəyirdi Ozanla tanış olmaq. Biz təşkilatçılarla əlaqə saxladıq və sağ olsun müsbət qarşıladı. Görüşümüz baş tutdu, söhbət etdik və necə oldusa, dostluğumuz başladı və bir müddət sonra qardaşlığa çevirildi. Türkiyə bazarı çox böyükdür və orada filmə çəkilmək çox çətindir, müəyyən etaplar var ki, onları keçməlisən. O etap mənim üçün Ozan Akbaba oldu. Bir sözü ilə böyük filmlərə dəvət aldım. Yeni bir film üzərində işləyirik və yaxın zamanda çəkilişləri başlayacaq. Dostluğumuz davam edir. Mən İstanbula gedəndə görüşürük, Ozan da tez-tez bura gəlir. Qarabağa da aparmışam onu. Azərbaycanlıları çox sevir. O, qarslıdır, qarapapaqlıdır və onların adət-ənənələri bizə çox bənzəyir. Ozanın da bizim adət-ənənələrə çox qəribə bağlılığı var. Yenə gəlmək istəyir, ancaq “Uzak şehir” serialının çəkilişlərinə görə gələ bilmir”.

Qeyd edək ki, Ozan Akbaba hazırda “Uzak şehir” serialında rol alır. 

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR