Onlayn ictimai-siyasi qəzet
Gümrü şəhərinin vitse-meri Qaqik Manukyan şəhər sakinlərinə müraciət edərək seçilmiş merin yanında dayanmağa çağırıb.
Musavat.com xəbər verir ki, Manukyanın sözlərinə görə, meriya binasında bu gün səhər saatlarından etibarən hüquq-mühafizə orqanlarının iştirakı ilə gərginlik yaşanır.
O bildirib ki, meriyanın binasına təxminən 100 nəfər silahlı şəxs daxil olub və idarənin işi tamamilə pozulub.
Vitse-mer qeyd edib ki, meriyanın əməkdaşları, o cümlədən qadın işçilər baş verənlər səbəbindən təşviş içindədirlər. Onun sözlərinə görə, hazırda meriyanın ətrafında polis əməkdaşlarının sayı artırılıb və binaya giriş məhdudlaşdırılıb.
Gümrüdə vəziyyətlə bağlı rəsmi qurumlardan hələlik açıqlama verilməyib.
Musavat.com
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ