İnsanlara hürriyət, millətlərə istiqlal!

ANAMA əməkdaşı Xocavənddə minaya düşdü - Ayağı amputasiya edildi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) ekskavator operatoru xidməti vəzifəsini yerinə yetirərkən oktyabrın 20-də Xocavənd rayonunun Tağaverd kəndi ərazisində minaya düşüb.

Bu barədə Musavat.com-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alan 1967-ci il təvəllüdlü İlqar Vəli oğlu Şirinovdur.

O, hadisə yerindən təxliyə edilərək Xocavənd Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti stabildir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR