Onlayn ictimai-siyasi qəzet
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin hələ də YAP sıralarında qalması, bəzi tanınmış partiyadaşlarının isə onun həbsinə reaksiya verməməsi cəmiyyətdə ən çox müzakirə olunan mövzulardandır.
TV Müsavatın baş redaktoru Sevinc Telmanqızı aparıcısı olduğu “Canlı debat” verilişində YAP-çı deputat Siyavuş Novruzovla əlaqə saxlayıb.
R.Mehdiyev həbs olunan gündən etibarən bu mövzuda danışmayan deputat S.Telmanqızının zənginə cavab versə də, danışmaq üçün uyğun olmadığını bildirib: “Mən indi bir az başqa yerdəyəm. Sonra bir zəng edərsiz, cavab verərəm. Hər zaman sizin televiziyanıza, canlı efirinizə qoşulmuşam, bilirsiz. Sonra mənə zəng edərsiz. İndi elə yerdəyəm ki, danışa bilmirəm”.
Musavat.com yazır ki, əslində S.Novruzovun bu münasibətini də bir cavab kimi qəbul etmək olar. Günlərdir edilən zənglərə cavab verməyən (jurnalistlərin ondan nə soruşacağını bildiyi üçün), cavab verdiyi və bu günə qədər əməkdaşlıq etdiyi jurnalistlərin suallarından isə bu formada yayınmaq əslində mövzu ilə bağlı danışmamaq istəyidir.
Musavat.com
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ