İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL təyyarəsinin sərnişini: “Çaxnaşma vardı, dua edirdik”

Sankt-Peterburq hava limanına qəza enişi edən AZAL təyyarəsinin sərnişini Aleksey hava gəmisinin göyərtəsindəki sərnişinlər arasında çaxnaşma olduğunu, çox adamın dua etdiyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə o, 5-tv.ru-nun müxbirinə danışıb.

Onun sözlərinə görə, təcili eniş edən təyyarədə olan sərnişinlər yerə enməzdən əvvəl bir yerə yığılıblar. O əlavə edib ki, salonda göz yaşları tökənlər, qorxusundan qışqıranlar olub.

Hadisə şahidi həmçinin bildirib ki, təyyarə vəd edilən saat yarım əvəzinə səmada dörd saat dövr edib. Aleksey xatırladıb ki, təyyarə sözün əsl mənasında "tarlaya" enib - eniş zolağından sürüşüb.

Qeyd edək ki, bu gün göyərtəsində 162 nəfər olan təyyarə şassilərinin açılmaması səbəbindən havada 3 saat dövrə vurub və benzinini tükətdikdən sonra “Pulkovo” hava limanına məcburi eniş edib. Təyyarə eniş zamanı uçuş-enmə zolağından çıxıb, lakin xəsarət alan olmayıb. Təyyarə Sankt-Peterburqdan Bakıya uçurdu.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR