İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna nümayəndə heyəti Vaşinqton səfərində “uğursuzluğa düçar olub”

Ukrayna nümayəndə heyəti Vaşinqtona səfəri zamanı bir neçə mühüm razılaşmanı imzalamağa nail ola bilməyib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Politico" nəşri yayıb. 

Mənbələr bildirir ki, Kiyev nümayəndələri müdafiə sənayesi və enerji şirkətləri ilə bir sıra iri müqavilələri bağlamaq üçün vaxt çatdıra bilməyiblər.

ABŞ-da Respublikaçılar Partiyasına yaxın mənbə Ağ Evdə keçirilən görüşü “uğursuz” və “həddindən artıq gözləntilərlə yüklənmiş” adlandırıb.

Onun sözlərinə görə, əgər Zelenski Putinlə Tramp arasında keçirilən telefon danışığından sonra ABŞ gündəliyini nəzərə alaraq mövqeyini yenidən formalaşdırsaydı, görüş daha səmərəli ola bilərdi.

Analitiklər hesab edirlər ki, bu vəziyyət Vaşinqtonun Kiyevə münasibətində soyuqluğun artdığını və Ukraynanın ABŞ-la diplomatik əlaqələrdə çətin mərhələyə daxil olduğunu göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR