Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski Fransa prezidenti Emmanuel Makronla telefon danışığı keçirib və yaxın zamanda şəxsi görüş barədə razılığa gəldiklərini açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Zelenski rəsmi “Telegram” kanalında məlumat verib. Onun sözlərinə görə, söhbət zamanı tərəflər aktual diplomatik məsələləri və beynəlxalq tərəfdaşlarla son təmasları müzakirə ediblər.
Zelenski qeyd edib ki, Fransa ilə əməkdaşlıq Ukraynanın müdafiə qabiliyyətinin və diplomatik dəstəyinin möhkəmləndirilməsində mühüm rol oynayır.
Ekspertlər hesab edirlər ki, bu görüşün gündəliyinə sülh planının gedişi, Aİ-nin hərbi yardımı və enerji təhlükəsizliyi məsələləri daxil ola bilər.
Musavat.com
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ