Onlayn ictimai-siyasi qəzet
Rusiyalı müğənni Zemfira Ermənistanda konsert keçirmək təklifindən imtina edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Mash" yayıb.
Mənbənin məlumatına görə, Ermənistanın iri tədbir təşkilatçısı baş nazir Nikol Paşinyanın Zemfiranın mahnısını dinlədiyi video sosial şəbəkələrdə yayıldıqdan sonra onun konsertini təşkil etmək istəyib.
Lakin müğənni Ermənistana səfər etməyi qəti şəkildə rədd edib, səbəb kimi isə ölkədə həbs olunma ehtimalından ehtiyat etdiyini göstərib.
Xatırladaq ki, Zemfira bir müddət əvvəl Rusiya hökumətini tənqid edən mövqeyi səbəbilə “xarici agent” elan edilmiş və onun bir çox çıxışları post-sovet məkanında ləğv olunmuşdu.
İndi müğənninin Ermənistan səfərindən imtinası siyasi səbəblərlə bağlı təhlükələrdən yayınmaq cəhdi kimi qiymətləndirilir.
Musavat.com
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ