Onlayn ictimai-siyasi qəzet
Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Qarabağda əldə etmiş qalibiyyət və dövlət rəhbərinin apardığı siyasətə münasibət bildirib.
Ramiz Mehdiyev Manset.az-ın suallarını cavablandırarkən jurnalistin ona "Cənab Prezident böyük uğurlar əldə etdi və bütün Qarabağ işğaldan azad edildi" sualına "Onunla bağlı mənə sual verməyin" deyə bildirib. Daha sonra jurnalistin növbəti dəfə təkidlə "Yəqin ki, bunu böyük uğur kimi qiymətləndirirsiniz?" sualına isə "Yenə də deyirəm, o barədə sual verməyin" deyərək cavab verib.
İndiki vəziyyətdə Mehdiyevin bu cavabları onu göstərir ki, Azərbaycanın və dövlət rəhbərinin apardığı siyasətə qarşı olub, əldə edilmiş uğurlar, nailiyyətlər və bütün dünyanın qəbul etdiyi möhtəşəm Qarabağ zəfəri onu narahat edib.
Qarabağ zəfəri ilə bağlı sualı cavablandırmayan "boz kardinal"a bu zəfər uğrunda şəhid olan 3 mindən çox igidin və qazilərin haqqı halal olmayacaq.
R.Mehdiyev eyni zamanda 3 il əvvəl AMEA rəhbəri olan zaman Rusiyadan gələn qonaqları öz otağında niyə qəbul etməsinin səbəblərinə də TV Müsavata verdiyi müsahibədə toxunub.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.10-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ