İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya İstintaq Komitəsi: Marqarita Simoniyanın həyatı 50 min dollara “qiymətləndirilib”

Rusiya İstintaq Komitəsi (İK) Marqarita Simoniyanın qətlinə hazırlıqla bağlı istintaqı yekunlaşdırıb.

Musavat.com xəbər verir ki, məlumata görə, təqsirləndirilən şəxslər bu cinayətə görə 50 min dollar müqabilində razılaşıblar.

İK-nın açıqlamasında bildirilir ki, Simo­n­yanın öldürülməsi planı əvvəlcədən hazırlanıb, lakin hüquq-mühafizə orqanları əməliyyatın qarşısını vaxtında alıb.

Xatırladaq ki, 2023-cü il iyulun 15-də Moskva məhkəməsi Marqarita Simonyan və jurnalist Ksenya Sobçaka qarşı sui-qəsd işi üzrə altı nəfərin həbsi barədə qərar çıxarmışdı.

Hazırda iş materialları məhkəməyə göndərilib. Təqsirləndirilən şəxslər cinayəti törətmək niyyətini etiraf etsələr də, əməliyyatın sifarişçisinin kimliyi hələ açıqlanmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR