Onlayn ictimai-siyasi qəzet
Hindistan Rusiya neftini almağı dayandırmasa, onun mallarına qarşı ABŞ-da tətbiq olunan "külli miqdarda" gömrük rüsumları davam edəcək.
Musavat.com xəbər verir ki, bu xəbərdarlıqla prezident Donald Tramp çıxış edib.
"Hindistanın baş naziri Modi ilə danışdım və o, Rusiya nefti ilə işi olmayacağını söylədi. Lakin əgər onlar bu barədə danışmaq istəsələr, onda onlar sadəcə olaraq böyük tariflər ödəməyə davam edəcəklər və bunu etmək istəmirlər", - o bildirib.
Ötən həftə ABŞ lideri Modi ilə Rusiya nefti məsələsini müzakirə etdiyini demişdi:
"Mən Hindistanın neft (Rusiyadan – red.) almasından narazı idim və Modi bu gün məni Rusiyadan neft almayacaqlarına inandırdı. Bu, böyük addımdır".
Musavat.com
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ