İnsanlara hürriyət, millətlərə istiqlal!

Luvrdan oğurlanan zinət əşyaları saxta İMİŞ?

Luvr muzeyindən oğurlanan qiymətli eksponatların orijinallığı şübhə doğurur.

Musavat.com xəbər verir ki, bu barədə “İzvestiya”ya açıqlamasında zərgərlik mütəxəssisi Castin Turkua bildirib.

Onun sözlərinə görə, əgər muzeydə vitrinlər xüsusi qoruyucu şüşələrlə təchiz edilməyibsə, bu halda sərgilənən əşyaların saxta olması ehtimalı yaranır:

“Belə sərvətləri – Fransız tacının ən böyük brilyantlarını – heç kim asanlıqla apara bilməz. Əgər bu daşlar həqiqidirsə, niyə onların qarşısında oğurluğa qarşı qoruyucu sistemlər yoxdur? Yox əgər bunlar sadəcə nümayiş üçün olan surətlərdirsə, bəs onda əsl daşlar haradadır?”, – deyə zərgər vurğulayıb.

Turkua əlavə edib ki, iri zərgərlik mağazalarında vitrinlərdə gizli seyflər olur və sındırılma cəhdi zamanı bəzəklər dərhal həmin seyflərə düşür.

Xatırladaq ki, səhər saatlarında cinayətkarlar Luvrun Apollon qalereyasına daxil olaraq imperator III Napoleon və onun həyat yoldaşı imperatriçaya məxsus doqquz qiymətli eksponatı oğurlayıblar. Oğurlanan əşyalar arasında boyunbağı, broş və diadema da var. 

 

Musavat.com

@@TVmusavat/130610@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Oktyabr 2025

19 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR